20 Avqust 2014 16:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirli bilinən Şəki şəhər sakini Nərgiz Səmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nərgiz Səmədova Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. Onun qadınları cinsi istismar məqsədi ilə Türkiyəyə göndərməsi müəyyən edilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nərgiz Səmədova 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...