20 Avqust 2014 16:26

Bakı şəhərində üç evdən pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Vahid Həsənov və Əlişan İsmayılov tutulublar.

İki dost olan saxlanılan şəxslər Bakı şəhər sakini Fəridə Nəsibovanın, Süleyman Məmmədovun və Vaqif Bayramovun evlərindən pul və qızıl əşyalar oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...