21 Avqust 2014 10:51
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayon ərazisində ötən gecə baş verib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdü Qəmər Hacıyeva özünü yaşadığı binadan ataraq ölüb. Onun intihar etməsinin səbəbləri məlum deyil.

Məlumata görə, Qəmər Hacıyeva intihar etməmişdən əvvəl ailə üzvləri ilə birlikdə yaxın qohumlarından birinin toy mərasimində iştirak edib. Toydan qayıdan 27 yaşlı qız intihar edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: