21 Avqust 2014 15:23

Fizuli rayonunda bədbəxt hadisə baş verib.

Hadisə bu gün səhər saat 10 radələrində qeydə alınıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il təvəllüdlü, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

/APA/


Müəllif:
Загрузка...