21 Avqust 2014 15:45
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Balakən rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun İtitala kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü İsrafil Umaxanov bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən kənd sakini Alim Mahamayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: