22 Avqust 2014 12:04
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda polis əməkdaşının həyat yoldaşının intihar etməsi ilə bağlı rəsmi məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, hadisə avqustun 21-də qeydə alınıb. Paytaxtın Xətai rayon sakini Qəmər Hacıyeva yaşadığı mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Qəmər Hacıyeva hündürmərtəbıli binanın 5-ci mərtəbəsində yaşayırmış.

Qeyd edək ki, Xətai rayonu Nəsrəddin Tusi küçəsi 49 ünvanında 1987-ci il təvəllüdlü Qəmər Hacıyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. Avqustun 20-də Qəmər Hacıyeva həyat yoldaşı və digər yaxın qohumları ilə paytaxtda keçirilən toy mərasimində iştirak edib.

Gecə saatlarında onlar rayondan gəlmiş bir neçə qohumları ilə evə qayıdıblar. Saat 02 radələrində isə naməlum səbəblərdən Qəmər Hacıyeva mənzilin pəncərəsinə çıxaraq özünü atıb. Onun yaxınları 27 yaşlı Qəmərin məhz həyat yoldaşı ilə dalaşdıqdan sonra, ərinin zorakılığı nəticəsində intihar etdiyini iddia edirlər.

Gecə saatlarında intihar etmiş Qəmər Hacıyevanın yaxınları onun ölümünə inanmayaraq təcili olaraq 7 saylı təcili tibbi yardım stansiyasına aparıblar. Burada qadının öldüyü dəqiqləşib. Elə bu zaman Qəmər Hacıyevanın doğmaları ilə onun həyat yoldaşının yaxınları arasında dava-dalaş düşüb. Əraziyə cəlb edilmiş polis tərəfləri ayırıb. Mərhumun həyat yoldaşı Edqar Hacıyev Xətai rayon Polis İdarəsinin əməkdaşıdır.

Qeyd edək ki, ailənin bir azyaşlı övladı var.

Hacı Zeynalov


Müəllif: