22 Avqust 2014 12:44
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qadının evindən oğurluq edən şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Rəsul Adıgözəlov oğurluq etdiyinə görə 6-cı polis bölməsi əməkdaşları tərəfindən tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun mayın 14-də Bakı şəhər sakini Zərifə Qarayevanın evindən 2300 dollar və 1415 manat oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: