22 Avqust 2014 12:47
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda Masazır qəsəbə Poliklinikasının zirzəmisindən oğurluq etmiş şəxslər tutulublar.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Masazır qəsəbə Poliklinikasının zirzəmisindən Abşeron Rayon Bələdiyyəsinə məxsus 300 manat dəyərində 30 ədəd lampa gücləndiricilərini oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Məhəbbət Bayramov və Masazır qəsəbə sakini Rafiq Əhmədov tutulublar.

Hacı Zeynalov


Müəllif: