22 Avqust 2014 12:58
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Müqtədir qəsəbəsində qeydə alınıb. Hacıəlibəy kənd sakini Famil Gəbəkbəyov idarə etdiyi “VAZ-2103” markalı avtomobili aşırıb. Sürücü və sərnişini - Yergüc kənd sakini Elnur Balağayev xəstəxanaya yerləşdiriliblər.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı avtomobilin Zabit Əliyevə məxsus, avqustun 20-də qaçırılmış “VAZ-2103” markalı avtomobil olması müəyyən edilib.
Avtomobilin yük yerinə baxış zamanı avtomobilin özünə məxsus dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: