29 Aprel 2014 12:48

Bakıda tortdan kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonu M. Ə. Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakinləri Ramiz Hüseynov, arvadı Səmayə, qızı Minayə, gəlini Familə, nəvələri Məleykə, Kənan və Səmayə qidadan (tortdan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.


Müəllif: