29 Aprel 2014 15:15
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Quba rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

Teleqraf.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə aprelin 28-də saat 12 radələrində Quba şəhərində qeydə alınıb.

Belə ki, ruhi xəstə Məhəmməd Kərimova məxsus evdə yanğın baş verib. Nəticədə 10 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra M.Kərimovun yanmiş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: