30 Aprel 2014 10:33
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Babək prospektində qeydə alınıb. “Hyundai” və “Opel” markalı avtomobillər toqquşub. Hər iki avtomobilin sürücüsü ağır xəsarətlə xəstəxanaya aparılıb. Salman Qədirov aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: