30 Aprel 2014 11:36

Bakının Sabunçu rayonunda internet klubdan oğurluq edən şəxslər tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Mübariz Bəbirova məxsus “Game House” internet klubundan 8 ədəd “PlayStation” oyun aparatı və 16 ədəd idarəetmə pultu oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Rizvan Tanrıverdiyev və İlqar Müsülümlü tutulublar.

Hacı Zeynalov


Müəllif: