30 Aprel 2014 12:13
1 102

Türkiyədə 6 yaşlı uşaq vəhşicəsinə qətlə yetirilib.

Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, 6 yaşlı Gizem Akdeniz evlərinin qarşısından yoxa çıxıb. Şəhər hüquq-mühafizə xidmətinə müraciət edən ailə dəhşətli xəbərlə sarılıb. Aparılan axtarış nəticəsində polis kiçik qızın işgəncəyə uğramış cansız bədənini tapıb. Tibbi ekspertiza 6 yaşlı qızın bıçaqlandığını, boğulduğunu və daha sonra yandırılaraq qətlə yetirildiyini müəyyən edib.

Hüquq-mühafizə orqanları qısa müddətdə cinayətkarın ailənin yaxın qohumu Süleyman Akdeniz olduğunu da müəyyən edib. Şübhəlinin polisə verdiyi ilik ifadə zamanı cinayəti etiraf etdiyi bildirilir. Cinayətin törədilməsinə səbəb isə 6 yaşlı Gizəm Akdenizin böyük bacısının ona ərə getməməsi olub.
Faktla bağlı araşdırma davam edir.

Dəniz Əliyeva


Müəllif: