30 Aprel 2014 13:22
1 203

Teleqraf.com-un əməkdaşı Ruslan Xəlil Saatlı rayonunun Mustafabəyli kəndinə ezam olunub. Buna səbəb isə həmin kənddə baş verən intihar hadisəsidir.

Belə ki, aprelin 28-də Mustafabəyli kənd sakini, 18 yaşlı Rəmziyyə Əlibala qızı Şəmmədova yaşadığı həyətdə özünü ağacdan asıb. Kənd sakinlərinin bildirdiyinə görə, Rəmziyyə Şəmmədovanı sevmədiyi oğlanla nişanlanmaq istəyiblər. Onun bu səbəbdən özünü asaraq intihar etdiyi ehtimal olunur. Onun atası tərəfindən öldürülərək asılma ehtimalı da səslənir.

Təfərrüatları araşdırmaq üçün hadisə yerinə yollanan Teleqraf.com-un əməkdaşı bildirib ki, onu hüzr yerindən qovublar. Onun peşə fəaliyyətinə maneəçilik yaradılıb və onun şəxsində bütün jurnalistlər təhqir edilib. Buna baxmayaraq, o, hadisə barədə məlumat əldə edə bilib. Həmin məlumatları bir az sonra Teleqraf.com-da oxuya biləcəksiniz.

Teleqraf.com-un izləyin...


Müəllif: