30 Aprel 2014 18:15
3 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda qadının odlu silahla törətdiyi cinayətin bəzi təfərrüatları məlum olub.

Teleqraf.com-un xəbərinə görə, rayon sakini, 26 yaşlı Tahirə Əzizova aralarında yaranmış mübahisə zəminində həmyerlisi 19 yaşlı Əvəz Rüstəmovu ov silahından 2 dəfə atəş açaraq yaralayıb.

Əvəz Rüstəmovu xəstəxanaya yaxın qohumları çatdırıb. Dərhal əməliyyata götürülən xəstənin həyatını həkimlər xilas edə bilib. Əməliyyatdan sonra həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildiriblər.

Müəyyən olunub ki, Əvəz Rüstəmov Tahirə Əzizovanın kiçik bacısı ilə bir müddət əvvəl qeyri-rəsmi yaşayıblar. Onlar yaşadığı dövrdə Tahirənin bacısı bir uşaq dünyaya gətirib. Bir müddət sonda gənclərin münasibətləri pisləşib. Buna görə də gənclər ayırılıblar. Azyaşlı uşağın ortalıqda qaldığını görən Tahirə Əzizova Əvəz Rüstəmovun üstünə gəlib. O, Əvəz Rüstəmovdan uşağa sahib çıxmağı tələb edib. Lakin Əvəz Rüstəmov uşağa yiyə durmaqdan imtina edib. O, deyib ki, uşaq başqasından olub. Əvəz Rüstəmov uşağın atası olmadığını deyib.

Tahirə Əzizova bundan əsəbləşib və evə qayıdaraq ov tüfəngi ilə silahlanıb və yenidən Əvəz Rüstəmovun yanına gəlib. O, iki dəfə atəş açaraq Əvəz Rüstəmovu vurub.

Cinayəti törətməkdə şübhəli bilinən 3 uşaq anası Tahirə Əzizova saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov