1 May 2014 21:20
667

Azərbaycandakı hərbi hissələrdən birinin komandiri əvəzi ağır qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Sumqayıtda baş verib.

Xəbrə görə, “N” saylı hərbi hissəsinin komandir əvəzi, polkovnik-leytenant Fuad Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Ağır yaralanan hərbçi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teleqraf.com


Müəllif: