5 May 2014 14:32
6 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kalininqrad vilayətində restoran müdiri ömrünün 5,5 ilini dəmir barmaqlıqlar arxasında keçirməyə məhkum edilib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, buna səbəb onun toya gələn qızı zorlamasıdır. Belə ki, restoranın müdiri - 27 yaşlı Aleksey toy mərasimi başa çatdıqdan sonra 22 yaşlı Yuliya adlı qızla tanış olub. O, qıza içki təklif edib. Onlar səhər saat 7-yə qədər alkoqol qəbul ediblər.

Restoranın işçilərinin dediyinə görə, səhərə yaxın Aleksey qızı restorandakı otaqlardan birinə aparıb, orada onu döyüb və zorlayıb.

Restorandan çıxan qız polisə şikayət edib. O, Aleksey tərəfindən döyüldüyünü və zorlandığını bildirib.

Yerli prokurorluq cinayəti sübuta yetirib. Prokurorluqdan qızın Alekseyin uzaq qohumu olduğu da bildirilir.

5,5 il müddətinə azadlıqdan məhrum edilən Aleksey cəzasını ümumi rejimli islah müəssisəsində çəkəcək.

Nihad


Müəllif: