6 May 2014 18:20
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 12 il beynəlxalq axtarışda olan Nadir Mehdiyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim M irzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nadir Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunma vaxtı keçdiyindən, barəsində cəza təyin edilməyib və məhkəmə zalından azadlığa buraxılıb.

Nadir Mehdiyev Qazaxıstanda həbs edilib. 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda olub. O, sifarişlə Ceyhun Şirinov adlı şəxsi qətlə yetirməkdə təqsirli bilinir. Bu barədə İnterpolun saytında da məlumat yerləşdirilib.

Azərbaycan Daxili İşlər Nazirliyi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N.Mehdiyev Qazaxıstanın Astana şəhərində saxlanılıb. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib.

Hacı Zeynalov


Müəllif: