15 Aprel 2014 18:23
1 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Goranboy rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə aprelin 13-də baş verib. Rayon sakini Cavid Qasımov həmyerlisi Səid Qasımovu bıçaqlayıb. Səid Qasımov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Cavid Qasımov həbs edilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: