7 May 2014 15:47
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada quldurluq etdiyinə görə axtarışda olan azərbaycanlı həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan vətəndaşı Sadiq Məmmədov Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsi (quldurluq) maddəsi ilə axtarışda olub. O, Ukrayna vətəndaşlarına qarşı quldurluq edəndən sonra ölkəni tərk edib. Ukrayna hüquq-mühafizə orqanları Sadiq Məmmədovun barəsində axtarış elan edib.


Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Sadiq Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif: