7 May 2014 16:49
1 276

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin cinayət işi üzrə məhkəmə təxirə salınıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokurorun iştirak etmədiyi məlum olub. Prokurorun səhhətindən yaranan problemlərlə bağlı məzuniyyətə çıxması məlum olub.

Buna görə də məhkəmə iclası mayın 16-na kimi təxirə salınıb.

Qeyd edək ki, ötən prosesdə çıxış edən prokuror Araz Kəsəmənlinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2012-ci ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbsxana həyatı yaşamaq məcburiyyətində qalıb. 2013-cü ilin Sentyabrın 17-də Araz Kəsəmənliyə qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub. Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

Hacı Zeynalov


Müəllif: