7 May 2014 19:40
2 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində 1993-cü il təvəllüdlü Alı Süleymanlı və 1985-ci il doğumlu Elçin İsmayılovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.


Ittihama görə, 2013-cü il yanvar ayının 22-də Alı Süleymanlı anası Rübabə Süleymanovanı narahat edən Zaur Feyzullayevlə dava-dalaş edib. Alı öz tanışı Elçin İsmayılovla bərabər “VAZ-2107” avtomobilində Zaur Feyzullayevin evinə gediblər.

Maşından düşən kimi Alı və Elçin Zaura hücum edərək onu döyməyə başlayıblar. Zaur onların əlindən qaçmaq üçün evə girib bıçaq götürərək onların üstünə hücum edib. Zaurun ardınca onun anası Ruqiyyə və atası Hafiz bayira çıxıblar. Mübarizə zamanı Elçin Zaurun əlindən bıçağı alıb, ordan uzaqlaşmaq üçün maşına oturublar. Sükan arxasına oturan Alı sürətlə Ruqiyyə Feyzullayevanın üstündən keçib. Sonra isə hadisə yerindən qaçıblar, yaşlı qadın elə hadisə yerində dünyasını dəyişib.

Alı Süleymanlı Cinayət Məcəlləsinin 120.2-ci (şüurlu şəkildə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq), Elçin İsmayılov isə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) maddələri ilə mühakimə edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alı Süleymanlı 14 il, Elçin İsmayılov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.


Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Elçin İsmayılovun cəzası 2 ilə endirilib, Alı İsmayılovun şikayəti təmin olunmayıb.


Dünən redaksiyazımla əlaqə saxlayan Rübabə Süleymanova deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi hökm elan edən zaman ittihamda qeyd olunan faktlarla bağlı Baş prokurorluğa məktub göndərib. Məktubda qeyd olunub ki, istintaq sənədlərində Rübabə Süleymanova ilə Zaur Feyzullayevin münasibətləri araşdırılsın. Prokurorluq araşdırmanın yekunu olaraq Bakı Apelyasiya Məhkəməsinə məktub göndərib. Məktubda qeyd olunub ki, Zaur Fərzəliyevin Rübabə haqqında yaydığı məlumat şər, böhtanıdır. Bakı Apelyasiya Məhkəməsi də bununla bağlı öz qərarında qeyd edib. Hakimlər Zaur Fərzəliyevə də prokurorluğun arayışını təqdim edib.

Rübabə Süleymanov deyib ki, oğlu Alı Süleymanlı günahsız yerə məhkum olunub. Onun sözlərinə görə, məhkəmə Alı Süleymanlının ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci (şüurlu şəkildə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) maddələri üzrə düzgün hökm çıxarmayıb. O, deyib ki, oğlu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunalı idi.

Hacı


Müəllif: Teleqraf.com