8 May 2014 16:21
637

Bakının Nəsimi rayonunda avtomobillərdən oğurluq edən mütəşəkkil dəstə tutulub.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən məlumat verilib.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda avtomobillərdən oğurluq edən Ələkbər İsmayılov, Sənan Səfərov və Kamran Şıxəliyev tutulublar.

Onlar martın 30-da Pərvanə Əliyevaya məxsus “KİA” markalı avtomobildən 70 manat və sənəd oğurlayıblar. Istintaq araşdırması zamanı dəstə üzvlərinin Aynur Məmmədovaya, Elşad Məhərrəmova, Teymur Şükürova və Şamil Əliyevə məxsus avtomobillərdən pul oğurlamaları müəyyən edilib.

Hər üç saxlanılan şəxsin əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: