7 Aprel 2014 11:27

Bakıda oğurluqla məşğul olan dəstənin digər əməlləri ifşa olunub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 6-sı saat 04:40 radələrində, Bakı şəhər sakini Fərhad Quliyev Şəmkir rayon sakini Elman Bayramova məxsus Nəriman Nərimanov küçəsində yerləşən marketdən, pəncərəni açmaq yolu ilə 35 manat oğurladığı üçün RMİ-nin əməkdaşları tərəfindən tutulub.

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən digər şəxs Bakı şəhər sakini Rauf Dadaşov tutulub. Müəyyən olunub ki, onlar aprelin 3-nə keçən gecə İ.Dadaşov küçəsində yerləşən, Nəzakət Hacıyevaya məxsus gözəllik salonundan qapının kilidini sındırmaqla 200 manat, Teyub Cəfərova məxsus mağazadan idman malları, aprelin 4-nə keçən gecə isə paytaxtın 8-ci mikrorayonunda yerləşən, Bahadur Hüseynova məxsus mağazadan açar seçmə və dəmir barmaqlıqları əymə yolu ilə 195 manat və tütün məmulatları oğurlanıb.


Müəllif: