16 Aprel 2014 11:23
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Türkiyə vətəndaşını bir neçə dəfə qarət edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, dekabrın 31-i 2013-cü il tarixində Azadlıq prospektində Türkiyə vətəndaşı İsaq Karmcoğlu sərxoş halda sərnişin qismində mindiyi "Mercedes" markalı avtomobildən düşərkən cibindən mobil telefonun, qızıl üzüyün, qızıl qol saatının və 200 manat pulunun oğurlandığını aşkar edib.

Bu il martın 4-də isə Ş.Əzizbəyov küçəsində naməlum şəxs İsaq Karmcoğlunun 1040 manatını əlindən alıb qaçıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, hər iki cinayəti törədən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov tutulub.


Müəllif: