12 May 2014 16:14
482

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan müxbiri Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Pərviz Həşimli və Təvəkkül Qurbanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif: