12 May 2014 18:26
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Rauf Bağırovun məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Rövşən Bağırov Xətai rayonu, Məhəmməd Hadi küçəsi-21 ünvanında 1991-ci il təvəllüdlü Firudin Cəfərovu bıçaqlayaraq öldürüb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Rövşən Bağırov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Rövşən Bağırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif: