16 Aprel 2014 12:06

Abşeron rayonunda spirtli içki içən kişi ölümdən dönüb.

Teleqraf.com-un xəbərinə görə, rayonun Hökməli qəsəbə sakini Vasif Orucov aprelin 14-də içki məclisi qurub.

O, xeyli miqdarda spirtli içki qəbul edib. Vasif Orucov içib ki, sonda zəhərlənib. O, zəhərlənmə ilə xəstəxanaya gətirilib. Mədəsi yuyulan Vasif Orucov ölümdən xilas olub.

Hacı Zeynalov


Müəllif: