13 May 2014 09:34
1 144

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Sabunçu rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini İltifat Mehrəliyevin boğaz nahiyyəsi kəsilmiş meyiti tapılıb.

İltifat Mehrəliyevin kim tərəfindən, hansı səbəbdən öldürülməsi məlum deyil. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: