13 May 2014 13:59
615

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Polad Salmanov, Novruz Məmmədov, Telbəyim Salmanova, Elnur Məsimov və Samir Kalovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Polad Salmanov 13 il, Novruz Məmmədov 13 il, Telbəyim Salmanova 11 il, Elnur Məsimov 7 il və Samir Kalov 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər. Onlar külli miqdarda narkotik vasitəni İrandan Azərbaycana keçirmək istəyiblər.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com