1 Fevral 2015 14:41
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə asılmış vəziyyətdə kişi meyiti aşkar edilib.

Teleqraf.com Fövqəladı Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər fərdi yaşayış evinin hasarından həyətə daxil olub və əraziyə baxış keçirərkən 1966-cı il təvəllüdlü Arzuman Abuzər oğlu Məmmədovun çardaqda asılmış meyitini aşkar ediblər.

Xilasedicilər A.Məmmədovun asılmış halda olan meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil verilib.


Müəllif: