2 Fevral 2015 11:19
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Oqtay Mayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Oqtay Mayılov ötən ilin yayında Sabunçu qəsəbəsində 9 yaşlı Seymuru (ad şəri verilib) zorlayıb. Həmin vaxt azyaşlı siqaret çəkirmiş. Oqtay azyaşlının siqaret çəkməsini anasına deyəcəyi ilə hədələyib və onu gizli bir yerə apararaq zorlayıb.

Oqtay Mayılov Cinayət Məcəlləsinin 150.1-ci (zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə itim edilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Oqtay Mayılovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə fevralın 5-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif: