3 Fevral 2015 09:21
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu gecə üç ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan bir mərtəbəli 2 otaqlı evin mətbəxdə lambirdən ibarət tavanı 18 kv.m və döşəməsi 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu Qobu yolunda vətandaşa məxsus ümumi sahəsi 120 kv.m. olan kürsülü, birmərtəbəli 4 otaqlı evin andulindən ibarət dam örtüyü 120 kv.m. sahədə, bir otağının və dəhlizinin yanar konstruksiyaları 22 kv.m sahədə və 2 otağının əşyaları 10 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Pirallahı rayonu, S.Vurqun küçəsində fəaliyyət göstərməyən inzibati binanin ərasinizdə ümumi sahəsi 30 kv.m olan 2 otaqlı köməkçi tikilinin bir otağının tavanı 12 kv.m sahədə yanıb. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: