3 Fevral 2015 11:51
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ötən il əxlaqsızlıq yuvası saxlanması faktı üzrə 115 nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib.

Məlumata görə, ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 183 (+13), o cümlədən 79 (+6) fahişəliyə cəlb etmə və 86 (+18) əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunub.

İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 97 (+17) cinayət faktı müəyyənləşdirərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunub.

Bu əməllərin qurbanı 52 (+2) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Hacı Zeynalov


Müəllif: