3 Fevral 2015 14:13
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yardımlı rayon sakini Kənan Baloğlanlının idarə etdiyi “VAZ-21060” və Lənkəran rayon sakini Mehman Rzayevin idarə etdiyi “DAF” markalı avtomobillər toqquşub.

Kənan Baloğlanlı və sərnişinləri - Bakı şəhər sakinləri Zahir Şirinov və Əvəzxan Abdullayev xəstəxanaya yerləşdirilib, Zahir Şirinov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: