4 Fevral 2015 12:06
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bazarda oğurluq edən kişi həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini 1976-cı il təvəllüdlü Mirhəşim Seyidov saxlanılıb.

Mirhəşim Seyidov fevralın 3-də, günorta saatlarında Lökbatan qəsəbəsində yerləşən topdan satış bazarında Lənkəran rayon sakini Laiq Hüseynova məxsus 19 kiloqram bananı oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: