4 Fevral 2015 16:35

Nərimanov rayonu Çaykovski küçəsi 4 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın binanın 3-cü mərtəbəsində baş verib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Artıq yanğın söndürülüb.

Hadisənin təfərrüatı barədə məlumat veriləcək.


Müəllif: