5 Fevral 2015 13:19
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Sirac Kərimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, Sirac Kərimli ötən ilin iyulun 17-dən həbs edilib. O, narkotik ittihamı ilə tutulub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif: