5 Fevral 2015 13:29
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda iki oğurluq faktının üstü açılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Şahin Rəhimova məxsus mağazadan 800 manat və danışıq kartı oğurlamış Bakı şəhər sakini Telman Aydəmirov tutulub.

Həmin bölmənin əməkdaşları daha bir oğurluq cinayətinə aydınlıq gətirib. Ötən il noyabrın 15-də Nadir Hüseynovun evindən mobil telefon oğurlamış Zaqatala rayon sakini Rasim Yusibov tutulub.

Hacı Zeynalov


Müəllif: