5 Fevral 2015 13:47
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Lənkəran şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Ləj kəndində qeydə alınıb. Kənd sakini, 1940-cı il təvəllüdlü Balaxan Əlirzayev yaşadığı evdə özünü asaraq ölüb. Yaşlı kişinin özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: