5 Fevral 2015 23:43
295

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1940-cı il təvəllüdlü Kələntərov Sabir Nəsrəddinoviç bağlı qapı arxasında qalıb.

Teleqraf.com-un məlumatına görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. S.Kələntərovun cəsədi aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 21:03-də başa çatıb.


Müəllif: