6 Fevral 2015 11:48
329

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə fevralın 5-də saat 07:20 radələrində, Ş.Məmmədova küçəsində qeydə alınıb. Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Tamerlan Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə Füzuli rayon sakini, 1960-cı il təvəllüdlü Novruz Xanaliyevi vurub.

N.Xanaliyev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Qəzada idarəetməni itirən sürücünün avtomobili daha sonra maneəyə çırpılıb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: