6 Fevral 2015 13:40
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq edən keçmiş məhkum yaxalanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Mövlud Məmmədova məxsus çayxanadan və Samir Habilova məxsus mağazadan pul və tütün məmulatı oğurlamış Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Xaliq Məmmədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il dekabr və cari il yanvar ayında Gəncə şəhərində şəhər sakinləri Surxay Rəhimova və Elnur Əhmədova məxsus mağazalardan pəncərədən girmək yolu ilə pul, ərzaq məhsulları, danışıq kartları və tütün məlumatı oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: