7 Fevral 2015 14:22
2 105

Türkiyənin Ərzurum şəhərinin Pasinlər rayonunda qolu çıxan 8-ci sinif şagirdi 14 yaşlı Ebru Odabaşı aparıldığı Atatürk Universiteti Tibb Fakültəsinin Yakutiyə Araşdırmalar Xəstəxanasında həyatını itirib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxana və həkimlərdən müvafiq qurumlara şikayət edəcəyini bildirən balaca qızın atası İsrafil Odabaşı hadisə barədə bunları danışıb: “Ebru 4 övladımdan ən böyüyü idi. Evdə altındakı yastığı qaldırmaq istəyərkən qızımın sol qolu çıxdı. İlk olaraq Pasinlər Dövlət Xəstəxanasında ilkin yardım edildi, daha sonra isə Ərzurumdakı Təhsil və Araşdırmalar Xəstəxanasına göndərildi. Qızım burada 5 saata yaxın saxlanıldı. Dedilər ki, Ebru Atatürk Universiteti Tibb Fakültəsinin Yakutiyə Araşdırmalar Xəstəxanasına aparılmalıdır, ancaq orda yer yoxdur. Qızımı Yakutiyə Araşdırmalar Xəstəxanasına apardım. Burada onun qolunu sağaltdılar. Gecə qızımın halı qəfil pisləşdi və həyatını itirdi.

Qolu-qıçı qopan xəstəxanaya gəlib sağlam çıxır. Mən qızımı öz ayağımla gətirmişəm, indi cənazəsini aparıram. Allah bunu düşmənimə də göstərməsin. Gül kimi qızımı gətirdim, solmuş aparıram”.

Həkimlər isə ölümün hansı səbəbdən baş verdiyinin məlum olmadığını və araşdırmalar aparıldığını bildiriblər.

Samir


Müəllif: