9 Fevral 2015 14:21
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda aptekə basqın edən şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fevralın 2-də saat 21:30 radələrində bir nəfər Nərimanov rayonu C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Zəkiyyə İsmayılovaya məxsus aptekə daxil olub, bıçaqla Z.İsmayılovanı və orada əczaçı işləyən Almaz Əmirovanı hədələyərək, quldurluq yolu ilə kassadan 280 manat pulu talayaraq qaçıb.

Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, basqını törətməkdə şübhəli Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Röyal Məmmədov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: