10 Fevral 2015 12:42

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə qanunsuz əşyanın keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rafiq Məşədi oğlu Mövsümovun yanına gələn Tovuz rayon sakini Əsəd Məsim oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Keçirilən baxış zamanı çörəyin içərsində xüsusi üsulla gizlədilmiş 30 ədəd “Tramadol” həbi aşkar edilərək götürülüb.

Rafiq Mövsümov Cinayət Məcəlləsinin 120.1, 29; 120.2.7 və 66.3 maddələrinə əsasən 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: