12 Fevral 2015 14:12
487

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Səhliyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən Ramiz Aboyev adına istirahət parkında Zərdab rayonunda anadan olan, 1967-ci il təvəllüdlü Əhmədov Səhliyar Qiyas oğlu aralarında yaranan münaqişə zəminində tanışı, 1961-ci il təvəllüdlü Ağayev Namiq Ağa oğlunu bıçaqlayaraq qətlə yetirib. Səhliyar Əhmədovun sözlərinə görə, Namiqin ona pul borcu olub. Elə hadisə baş verən gün də bu məsələni müzakirə edirmişlər.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Səhliyar Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: