12 Fevral 2015 14:33
500

Daxili İşlər Nazirliyi Şahbaz Xuduoğlunun həyat yoldaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə fevralın 11-də saat 14 radələrində Masallı şəhəri ərazisində qeydə alınıb. Bakı şəhər sakini Rafiq Mustafayev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.

Onun sərnişinlərindən - Bakı şəhər sakini Könül Rüstəmxanlı hadisə yerində ölüb, digər sərnişini - Abşeron rayon sakini İlahə Əliyeva xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğluun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır. Əlavə edək ki, avtomobili idarə edən Rafiq Muxtar oğlu Mustafayev “Qanun” Nəşrlər Evinin sürücüsü olub.

Maşında Şahbaz Xuduoğlu, xanımı, bacısı və bacısının yoldaşı olub. Millət vəkili Sabir Rüstəmxanlı da qardaşı ilə bərabər əmisinin yasından qayıtsa da, digər avtomobildə olub. Hadisə zamanı Şahbaz Xuduoğlunun bacısı İlahə Əliyeva ağır xəsarət alıb. Bundan başqa, avtomobildə olan daha Şahbaz Xuduoğlu olmaqla 4 nəfər xəsarətlə xəstəxanaya çatıdırılıb.

Masallı rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, qəza zamanı xəsarət alan yaralılara tibbi yardım göstərilib. Xəstəxanada həkim müayinəsi altında saxlanılan şəxslərin durumu qənaətbəxşdir. Onu da bildiriblər ki, İlahə Əliyevanın vəziyyətin bir qədər ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: