12 Fevral 2015 14:53
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Telman Ağayev tutulub. Ondan 1 kiloqram 376 qram marixuana götürülüb.

Lənkəran şəhərində tiryəkxana saxlaması faktı müəyyən edilib. Lənkəran Şəhər-Rayın Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Fuad Yusibovun evində tiryəkxana saxlaması müəyyən edilib.

Onun evinə baxış zamanı 403 qram heroin, 112 qram tiryək, 0,5 qram həşiş, 10 qram marixuana, 15 qram çətənə toxumu, 30 qram antifetamin və 160 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: